×
A
A
A
Sazlamalar

Sentyabrda OPEC 2009-cu ildən bəri ən aşağı istehsal səviyyəsinə düşüb

Bakı, 11 oktyabr, AZƏRTAC
Sentyabrda Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə xam neft hasilatı 890 min barrel azalaraq sutkada 28 milyon 830 min barrel olub. Beləliklə də, OPEC 2009-cu ildən indiyədək ən aşağı istehsal səviyyəsinə düşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.
Bildirilir ki, ötən ay kartel üzrə xam neftdən savayı digər şərti olmayan istehsal isə gündəlik 5 milyon 300 min barrel təşkil edib. Bununla da, sentyabrda OPEC üzrə ümumi istehsal 1,1 milyon barrel azalaraq sutkada 34 milyon 160 min barrel olub.
Hesabat ayında OPEC üzrə neft istehsalını ən çox azaldan Səudiyyə Ərəbistanı olub. Belə ki, kartelin ən böyük neft hasilatçısı Səudiyyə Ərəbistanında istehsal 770 min barrel geriləyərək gündəlik 9 milyon 20 min barrel olub. Buna səbəb “Abqaiq” və “Khurais” neft obyektlərinə təşkil edilən hücumlardır.

 

Neft - qaz 2019-10-11 19:40:00