×
A
A
A
Sazlamalar

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi gənclər üçün müxtəlif imkanlar açan unikal platformadır

Bakı, 11 oktyabr, AZƏRTAC
Sevindirici haldır ki, 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində - “EduExpo”da Avropa ölkələrinin ali məktəblərinin stendləri də çoxluq təşkil edir. Xaricdə təhsil, müxtəlif mübadilə və tədris proqramları ilə maraqlandığım üçün bu ölkələrin universitetlərinin stendlərinə yaxınlaşdım və həmin ali məktəblərə qəbul qaydaları haqqında məlumat aldım.
Bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin III kurs tələbəsi Cavidan Nəbiyev söyləyib.
“Türkiyədə təhsil, xüsusilə də Mövlanə Mübadilə Proqramı haqqında məlumat almaq üçün qardaş ölkənin sərgidə təmsil olunan universitetlərinin tədris proqramı ilə tanış oldum. Həmçinin “Bir” tələbə-könüllü proqramı və ingilis dili kursları haqqında ətraflı məlumat aldım. Çünki xaricdə təhsil almaq üçün tələbənin fəal olması vacib şərtlərdəndir”, - deyə Cavidan Nəbiyev qeyd edib.
O bildirib ki, 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi şagird və tələbələr, gənclər üçün müxtəlif imkanlar açan unikal platformadır.

Elm və təhsil 2019-10-11 17:45:00