® “Bakcell” jurnalistləri mobil telekommunikasiyanın son həllər və yenilikləri ilə tanış edib
KİV nümayəndələri üçün növbəti seminar keçirilib. Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” şirkəti jurnalistlər üçün növbəti dəfə ikigünlük seminar keçirib.
“Mobil telekommunikasiya sənayesində son həllər və yeniliklər” mövzusunda keçirilimiş seminara ölkənin bir çox aparıcı media qurumlarını təmsil edən 30-dək jurnalist qatılıb. Ardıcıl olaraq altı ildir ki, təşkil olunan ənənəvi seminarın əsas məqsədi jurnalistləri mobil telekommunikasiya sahəsinin əsasları, müasir texnologiyalar, innovasiyalar və son tendensiyalar barədə maarifləndirməkdir. Seminar mobil telekommunikasiya üzrə məlumatlılığın və bu sahədən yazan jurnalistlərin peşəkarlığının artırılmasına xidmət edir.
Qalaaltıda keçirilən seminarda təlimçi qismində iştirak edən “Bakcell”in aparıcı ekspertləri “Mobil rabitənin əsasları”, “Telekom sahəsində “Big data”: Tətbiqlər və son tendensiyalar”, “Mobil şəbəkənin inkişafı”, “Tədbirlər və şəbəkənin hazırlığı”, “Müştəri xidmətləri texnologiyaları”, “Müştərilərlə əlaqələrin idarə edilməsi”, “Loyallıq Proqramları” və “Əşyaların İnterneti” kimi mövzuları əhatə edib. KİV nümayəndələrinə müasir mobil telekommunikasiya sənayesi və “Bakcell” şirkətinin təqdim etdiyi texnologiya və xidmətlər barədə ətraflı məlumat verilib.
Biri birindən maraqlı məruzələr və təqdimatlarla yadda qalmış seminar zamanı “Bakcell” nümayəndələri jurnalistlərin telekommunikasiya sənayesi və yeni texnologiyalara aid suallarını cavablandırıb, fikir mübadilələri və müzakirələr aparıblar.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb