×
A
A
A
Sazlamalar

Səhiyyə naziri Göyçayda vətəndaşları qəbul edib

Bakı, 11 oktyabr, AZƏRTAC

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağı müraciətlərinin həllinə kömək göstərirlər.
Növbəti belə qəbul oktyabrın 11-də Səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən Göyçay Mərkəzi Rayon Xəstəxanasında keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qəbul zamanı nazir Oqtay Şirəliyev Ağsu və Göyçaydan olan vətəndaşların sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətlərini dinləyib.
Vətəndaş müraciətlərində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb. Müraciətlərin bəziləri yerindəcə həllini tapıb.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

Səhiyyə 2019-10-11 13:27:00