×
A
A
A
Sazlamalar

Zeynal Nağdəliyev: Azərbaycandakı siyasi sabitlik seçkilərin şəffaf keçirilməsi üçün münbit şərait yaradır

Bakı, 11 oktyabr, AZƏRTAC
Bu gün Azərbaycanda seçkilərə rəhbərlik edən şəxslərin peşəkarlığı yüksək səviyyədədir. Bu, seçkiləri izləyən xarici müşahidəçilərin də hesabatlarında öz əksini tapır.
AZƏRTAC xəbər verir ki, bu sözləri dairə seçki komissiyalarının sədrləri üçün keçirilən geniş müşavirədə Prezidentin ərazi təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri Zeynal Nağdəliyev deyib.
Zeynal Nağdəliyev qeyd edib ki, Prezident İlham Əliyevin yorulmaz əməyi nəticəsində bugünkü seçkiləri əvvəlki dövrlərlə müqayisəolunmaz dərəcədə qiymətləndirmək olar. Ölkəmizdəki siyasi sabitlik seçkilərin şəffaf keçirilməsi üçün münbit şərait yaradır. Azərbaycanda dörd bələdiyyə seçkiləri keçirilib. Qarşıda isə bizi beşinci seçkilər gözləyir.
Prezidentin köməkçisi deyib ki, vətəndaşlarımızın yerli idarəetmə orqanlarına marağı gündən-günə artır. Seçkilərə ali təhsilli namizədlərin sayı artır. Əminik ki, növbəti bələdiyyə seçkiləri də şəffaf, qanunauyğun şəkildə keçiriləcək. Çatışmazlıqlar vaxtında aradan qaldırılacaq. Ölkəmizdə təşviqat işinin düzgün aparılması üçün bütün şərait yaradılıb.

Daxili siyasət 2019-10-11 11:51:00