Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Dəyirmi masa: “Azərbaycan və Çin Böyük İpək Yolunda”

Bakı, 10 oktyabr, AZƏRTAC

Oktyabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu “Azərbaycan və Çin Böyük İpək Yolunda” mövzusunda dəyirmi masa keçirəcək.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, dəyirmi masada AMEA-nın Tarix İnstitutunun alimləri və Çin İctimai Elmlər Akademiyasının (ÇİEA) Dünya Tarixi İnstitutunun direktoru, professor Van Çaoquanqın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək.
Tədbirdə AMEA-nın Tarix İnstitutu ilə ÇİEA-nın Dünya Tarixi İnstitutu arasında hər iki ölkədə Azərbaycan-Çin əlaqələri tarixini araşdıran mərkəzlərin yaradılması barədə müqavilə imzalanacaq.
Dəyirmi masa AMEA-nın əsas binasında (Kiçik akt zalı, 2-ci mərtəbə) keçiriləcək.

Elm və təhsil 2019-10-10 20:29:00