Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Buta” körpələr evi-uşaq bağçası 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin iştirakçısıdır

Bakı, 10 oktyabr, AZƏRTAC 

“Buta” körpələr-evi uşaq bağçası 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində ilk dəfədir iştirak edir. Stendimizdə bağçanın fəaliyyəti, tədris proqramı barədə iştirakçılara ətraflı məlumat verilir.
Bunu AZƏRTAC-a müsahibəsində “Buta” körpələr evi-uşaq bağçasının rəhbəri Günay Ağamalı söyləyib. O bildirib ki, valideynlərin bu uşaq müəssisəsinin fəaliyyəti ilə daha yaxından tanış olması üçün onlara jurnal, albom və müxtəlif bukletlər təqdim edilir. Uşaq bağçasının fəaliyyəti hər bir uşağın fərdi xüsusiyyətlərini nəzərə almaqla onun fiziki, psixi, intellektual və şəxsi inkişafına, nitq qüsurlarının aradan qaldırılaraq rabitəli nitqin inkişaf etdirilməsinə, körpələrin tərbiyə olunmasında ailələrə kömək göstərilməsinə və uşağın hərtərəfli inkişaf etdirilməsinə istiqamətləndirilib.
“Ümid edirik ki, bu sərgi bizim fəaliyyətimizə daha da uğur gətirəcək. Çalışırıq bizi seçən valideynlərin ümidlərini doğruldaq”, - deyə Günay Ağamalı bildirib.

Elm və təhsil 2019-10-10 20:21:00