Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Yıldız Uzakova: TDƏŞ-in tədbirlərində Memarlıq və İnşaat Universitetinin təmsilçiləri fəal iştirak edirlər

Bakı, 10 oktyabr, AZƏRTAC

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) nümayəndəsi Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tələbələrlə görüş keçirib. Görüşdə Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr sektorunun müdiri Tural Əhmədov və Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşı Ayşə Qurbanova da iştirak ediblər.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, rektor Gülçöhrə Məmmədova TDƏŞ-in oktyabrın 14-15-də Bakıda keçiriləcək VII Zirvə Toplantısının yüksək səviyyədə baş tutacağına ümidvar olduğunu deyib, onun işinə uğurlar arzulayıb.
TDƏŞ Katibliyindən layihə direktoru Yıldız Uzakova “TDƏŞ-in fəaliyyəti: görülmüş işlər və inkişaf perspektivləri” mövzusunda məruzə ilə çıxış edib, tələbələrə təşkilatın fəaliyyət istiqamətləri barədə geniş məlumat verib. O, Şuraya üzv olan türkdilli dövlətlərin universitetlərinin tələbələri arasında münasibətlərin hazırkı vəziyyətindən, güclü koordinasiya və əməkdaşlıq imkanlarından da danışıb.
Y.Uzakova çıxışında Şuranın tədbirlərində AzMİU-nun təmsilçilərinin fəal iştirak etdiklərini vurğulayıb, TDƏŞ-in Tələbə Konseyindəki nümayəndəmiz Şahmar Rəfilinin fəaliyyətini yüksək qiymətləndirib.
Sonda tələbələrin sualları cavablandırılıb.

Elm və təhsil 2019-10-10 20:05:00