Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Ceyran Mahmudova: ADMİU-da tədris olunan ixtisasların bəziləri stendimizdə əyani şəkildə nümayiş etdirilir

Bakı, 10 oktyabr, AZƏRTAC
Ölkədə ənənəyə çevrilən beynəlxalq təhsil sərgisində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) də öz stendi ilə təmsil olunur. ADMİU-da tədris olunan ixtisasların bəzilərini stendimizdə əyani şəkildə nümayiş etdiririk. Çalışırıq ki, hər il sərgidə mədəniyyətin müxtəlif sahələri üzrə və universitetimizin fəaliyyəti ilə bağlı yeni konsepsiya ilə çıxış edək.
Bunu AZƏRTAC-a müsahibəsində ADMİU-nun rektoru, professor Ceyran Mahmudova deyib.
“Biz bütün sərgilərə tələbələrimizi cəlb edirik. Sərgilərdə ADMİU-da müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələr - aktyor, xanəndə və rəssamlar incəsənətin müxtəlif sahələri üzrə nümunələr təqdim edirlər. Builki sərgidə isə rəssamlıq fakültəsinin geyim dizaynı ixtisası üzrə təhsil alan tələbələrin əl işlərindən ibarət moda kolleksiyası təqdim olunur. Rəssam və aktrisa tələbələrimizin nümayiş etdirdikləri kolleksiya iştirakçılar tərəfindən maraqla qarşılanır. Sərgidə, həmçinin kino və televiziya, musiqi, teatr sənəti fakültələrinin tələbələri fəal iştirak edirlər. Onlar etüdlər göstərir, müxtəlif musiqi nömrələri, həmçinin mütəfəkkir şair İmadəddin Nəsimin əsərlərindən nümunələr səsləndirirlər”, - deyə rektor bildirib.

Elm və təhsil 2019-10-10 19:02:00