Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Tvinninq layihəsi çərçivəsində növbəti seminar

Bakı, 10 oktyabr, AZƏRTAC 

Azərbaycan Texniki Universitetində (AzTU) Tvinninq layihəsinin Azərbaycanda ali təhsil sisteminin gücləndirilməsinə dəstək qrantı çərçivəsində növbəti seminar keçirilib.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, seminarda çıxış edən beynəlxalq əlaqələr departamentinin direktoru, dosent Mərziyyə Ağayeva layihə haqqında məlumat verib.
Sonra Latviya Universitetinin Kimya kafedrasının müdiri, Tvinninq layihəsinin eksperti xanım Mara Yurenin “Təlim nəticələrinin yazılmasına və qiymətləndirilməsinə dair” mövzusunda məruzəsi dinlənilib və müzakirə edilib.
Daha sonra Mara Yure universitetin Kimya, Metallurgiya və metalşünaslıq kafedraları ilə tanış olub.

Elm və təhsil 2019-10-10 18:54:00