×
A
A
A
Sazlamalar

Nardaran qəsəbə sakinindən tüfəng götürülüb

Bakı, 10 oktyabr, AZƏRTAC 

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sabunçu Rayon Polis İdarəsinin 42-ci polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini A.Əzimzadədən “Çifsan” markalı tüfəng aşkar edilərək götürülüb.
Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən isə qanunsuz ovla məşğul olan şəhər sakini Ə.Qasımovdan “MR-43” markalı tüfəng götürülüb.
Hər iki faktla bağlı araşdırma aparılır.

Hadisə 2019-10-10 18:10:00