Londonda Konqo adlı şimpanzenin çəkdiyi rəsmlər sərgilənəcək
Bakı, 10 oktyabr, AZƏRTAC
Londondakı “The Mayor Gallery” qalereyasında Konqo adlı şimpanze tərəfindən çəkilmiş rəsmlərin satış sərgisi keçiriləcək.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, qalereyada dəyəri 1800-7400 dollar məbləğində qiymətləndirilən 55 rəsm nümayiş etdiriləcək. Onlar rəssam-zooloq Desmond Morrisə məxsusdur. Məhz o, 1956-cı ildə meymunların bədii qabiliyyətlərini tədqiq edərək Konqoya qələm tutmaq öyrətmişdi.
Şimpanze üç il ərzində 400-dən çox rəsm çəkib. Pablo Pikasso, Xuan Miro və Salvador Dali kimi rəssamlar onların bəzilərini öz kolleksiyaları üçün alıb. Konqo 1964-cü ildə vərəm xəstəliyindən ölüb.
2005-ci ildə şimpanzenin rəsmləri “Bonham’s” hərracında Uorhol və Renuarın əsərlərindən baha qiymətə - 25 min dollara satılmışdı.
Antarktidada 20 qolu olan çiyələyə bənzər dəniz canlısı kəşf edilib
Ölü balinanın mədəsində 500 min avro dəyərində “üzən qızıl” tapılıb
Alim ölü kaşalotun içərisində 500 min avro dəyərində xəzinə aşkar edib