×
A
A
A
Sazlamalar

Neftçilər prospektində təmir işləri aparılır

Bakı, 10 oktyabr, AZƏRTAC 

Oktyabrın 10-da paytaxtın Neftçilər prospektində yolayrıcında yerləşdirilmiş beton maneələrin kənarlaşdırılması, kənarlaşdırılan hissədə asfalt-beton örtüyünün bərpası işləri aparılır.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Sözügedən küçələrdə sürücülərdən müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

 

Tikinti̇ 2019-10-10 16:55:00