Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Kamal Abdulla: Sərgidə universitetlər bir-birini daha yaxından tanımaq imkanı əldə edirlər

Bakı, 10 oktyabr, AZƏRTAC 

13-cü Azərbaycan Beynəlxalq Təhsil sərgisi çox yüksək səviyyədə təşkil olunub. Sərgidə Azərbaycan universitetləri ilə yanaşı, dünyanın müxtəlif ölkələrinin aparıcı təhsil müəssisələri də təmsil olunurlar.
Bu fikri AZƏRTAC-a müsahibəsində Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla deyib.
O bildirib ki, sərgidə universitetlər bir-birini daha yaxından tanımaq imkanı əldə edirlər. Bu da təhsilin inkişafına töhfə verir.
“Azərbaycan Dillər Universitetinin stendində ali təhsil müəssisəsində həyata keçirilən tədbirlər, “Bir günlük xəlifə” adlı tələbə özünüidarə sistemi haqqında məlumat veririk. Azərbaycanda ilk dəfə olaraq universitetimiz tələbələrin pedaqoji təcrübəsini adi məktəblərdə deyil, məcburi köçkün məktəblərində keçir, stendimizə yaxınlaşanlara bu barədə də bəhs edirik. İnanıram ki, universitetimizin stendi sərgi iştirakçıları üçün maraqlı olacaq”, - deyə akademik Kamal Abdulla qeyd edib.

Elm və təhsil 2019-10-10 17:01:00