×
A
A
A
Sazlamalar

Gənclər və İdman nazirinin müavinləri bölgələrdə vətəndaşları qəbul edəcəklər

Bakı, 10 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavinləri İntiqam Babayev və İsmayıl İsmayılov oktyabrın 11-də müvafiq olaraq Sabirabad və Salyan rayonlarında vətəndaşları qəbul edəcəklər.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, qəbulda Sabirabad və Saatlı, Salyan və Neftçala rayonlarından olan sakinlər iştirak edəcəklər.
Sabirabadda keçiriləcək qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti 96, Heydər Əliyev parkının ərazisi) başlayacaq. Qəbula gəlmək istəyən vətəndaşlar Sabirabad (050 206-86-77) və Saatlı (055 211-56-50) rayon gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.
Salyanda keçiriləcək qəbul isə saat 11:00-da Heydər Əliyev Mərkəzində (Təbriz Xəlilbəyli 126, rayon icra hakimiyyəti ilə yanaşı) olacaq. Qəbula gəlmək istəyən vətəndaşlar Salyan (055 200-66-65) və Neftçala (050 320-42-42) rayon gənclər və idman idarələri ilə əlaqə saxlaya bilərlər.

Sosial 2019-10-10 16:44:00