×
A
A
A
Sazlamalar

İtaliya hökuməti iqlim dəyişikliyi ilə bağlı qətnaməsinə bəzi düzəlişlər edib

Roma, 10 oktyabr, AZƏRTAC

İtaliya hökuməti iqlim dəyişikliyi ilə mübarizə və yaşıl iqtisadiyyatın təşviqinə yönəlmiş tədbirləri özündə ehtiva edən yeni qərar layihəsinə bəzi düzəlişlər edib və genişləndirib.
AZƏRTAC xəbər verir ki, yeni tədbirlər paketi insanları ətraf mühiti çirkləndirən motosikletlərin və eyni zamanda avtomobillərin utilizasiyasına təşviq edir.
Bildirilir ki, atmosferin çirklənmə səviyyəsi yüksək olan şəhərlərdə yaşayan, Avro-3 emissiya standartından aşağı olan avtomobilini və ya aşağı emissiyalı motosikletini utilizasiyaya verən şəxslər birinci halda 1500, ikinci halda 500 avro vergi imtiyazları qazanacaqlar.
Sonrakı illərdə vətəndaşlara yeni vergi imtiyazları təklif olunacaq.

Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Ekologiya 2019-10-10 16:48:00