×
A
A
A
Sazlamalar

Gömrükçülər narkotik vasitə və psixotrop maddə aşkarlayıblar

Bakı, 10 oktyabr, AZƏRTAC

Gömrükçülər narkotik vasitə və psixotrop maddə aşkarlayıblar.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İrandan piyada yolla gələn Azərbaycan vətəndaşı gömrük nəzarəti zamanı özünü şübhəli apardığı üçün saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. Şəxsi yoxlama zamanı onun ayaqqabısının hər iki tayının içərisində bağlama və bükümlər müəyyən edilib. Baxış zamanı 2 ədəd bağlamada qablaşdırılması ilə birlikdə çəkisi 52 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə - heroin, 2 ədəd bükümdə isə qablaşdırılması ilə birlikdə çəkisi 4 qram olan ağ kristal şəkilli psixotrop maddə - metamfetamin aşkarlanıb.
Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı”na daxildir.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2019-10-10 16:45:00