Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Gülçöhrə Məmmədova: Sərgidə iştirak etməkdə məqsədimiz gələcəcəyin abituriyentlərini universitetimizə cəlb etməkdir

Bakı, 10 oktyabr, AZƏRTAC 

Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin ənənəvi olaraq keçirilməsi çox sevindirici haldır. Sərgi təhsil sahəsində aparılan islahatların nəticələrini, əldə olunan nailiyyətləri göstərir. Hər bir universitet, təhsil müəssisəsi bu sərgiyə öz yenilikləri ilə qatılır.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Əməkdar memar, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova deyib. O bildirib ki, Azərbaycan Memarlıq və İnşaat Universiteti də son bir ildə əldə etdiyi yenilikləri sərgidə nümayiş etdirir.
Rektor diqqətə çatdırıb ki, sərgidə təhsilin məzmunundakı yeniliklər, elmi tədqiqat işlərinin mövzularındakı dəyişikliklər, tələbələrin startap layihələri, tələbələrin buraxılış işlərinin keyfiyyətcə zənginləşməsi haqqında, ümumiyyətlə, nə yeniliyimiz varsa, məlumat verəcəyik.
“Sərgidə iştirak etməkdə məqsədimiz bura gələn məktəbliləri - gələcəyin abituriyentlərini universitetimizə cəlb etməkdir. Sərgi universitetin təbliğatı ilə yanaşı, digər universitetlərlə, onların yenilikləri ilə tanış olmağa imkan yaradır. Düşünürəm ki, təhsil sahəsində beynəlxalq əlaqələrin yaradılmasında, xarici universitetlərlə əməkdaşlığın qurulmasında da sərgi mühüm rol oynayır”, - deyə Gülçöhrə Məmmədova qeyd edib.

Elm və təhsil 2019-10-10 16:27:00