Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Karateçimiz Roman Heydərov birinci Dünya Çimərlik Oyunlarında mübarizə aparacaq

Bakı, 10 oktyabr, AZƏRTAC

Qətərin paytaxtı Dohada Milli Olimpiya Komitələri Assosiasiyasının (ANOC) Dünya Çimərlik Oyunları keçiriləcək.
Azərbaycan Milli Karate Federasiyasından (AMKF) AZƏRTAC-a verilən məlumata görə, ilk dəfə keçiriləcək yarışın proqramına karate də daxil edilib.
AMKF-nin prezidenti Yaşar Bəşirov və kata üzrə milli komandanın baş məşqçisi Vahid Ayvazovun rəhbərliyi altında karateçimiz Roman Heydərov kata yarışlarında mübarizə aparacaq.
Dünya Çimərlik Oyunlarında kata yarışları oktyabrın 12-13-də keçiriləcək.

İdman 2019-10-10 16:17:00