×
A
A
A
Sazlamalar

Balakəndə istehlak üçün yararsız ətin satışının qarşısı alınıb

Bakı, 10 oktyabr, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların əməkdaşları daxil olan məlumat əsasında Balakən şəhərində Tofiq Quliyev küçəsində yaşayan Çonpuzov Elgün Zeynəddin oğluna məxsus həyətyanı sahəyə baxış keçirib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, baxış zamanı onun həyətyanı sahəsində qanunsuz və antisanitar şəraitdə kəsimi həyata keçirilən və təxmini çəkisi 64 kiloqram olan at cəmdəyi aşkar edilib. Heyvan cəmdəyinə baxış keçirilərkən onun bakterioloji çirklənməyə məruz qaldığı şübhəsi yaranıb.
Heyvan cəmdəklərindən nümunələr götürülərək ekspertizadan keçirilməsi üçün Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib.
Hazırda faktla bağlı araşdırma davam etdirilir.

Sosial 2019-10-10 15:58:00