Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Real Madrid” yanvarda Kristian Erikseni heyətinə qatmaq niyyətindədir

Bakı, 10 oktyabr, AZƏRTAC
İspaniyanın “Real Madrid” futbol klubu qış transfer pəncərəsində Kristian Erikseni heyətinə qatmaq istəyir.
AZƏRTAC İspaniya mətbuatına istinadla xəbər verir ki, Madrid təmsilçisi qış transfer pəncərəsinədək “Tottenhem”in danimarkalı yarımmüdafiəçisi ilə danışıqlara başlamağı planlaşdırır.
Eriksen özü də “Tottenhem”dən ayrılmaq istəyir. O, öz müsahibəsində “Real Madrid”də karyera qurmağa hazır olduğunu qeyd edib. Daha əvvəl “Kral klubu”nun gündəmində “Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqbanın keçidi var idi. Lakin futbolçu öz klubunda qalmağa üstünlük verib.
Qeyd edək ki, Eriksenin “Tottenhem” ilə müqaviləsi mövsümün sonunda başa çatır. Yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə “Tottenhem”in heyətində keçirdiyi 11 oyunda bir qol və bir məhsuldar ötürmə edib.

İdman 2019-10-10 15:57:00