Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Yeniyetmə və gənclər arasında sağlam həyat tərzi təbliğ olunur

Bakı, 10 oktyabr, AZƏRTAC

Gəncə şəhərində 21 və 16 nömrəli tam orta məktəblərdə yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, narkomaniya, toksikomaniya, alkoqolizm və digər mənfi halların profilaktikası məqsədilə “Sağlam gənclik naminə” adlı layihə icra olunub. Layihə “Azərbaycan gəncliyi 2017- 2021-ci illərdə” Dövlət Proqramının 2.1.5 bəndinin icrası ilə əlaqədar Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi və Gənclər Evi SXM-nin birgə təşkilatçılığı ilə reallaşıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə narkomaniyanın cəmiyyətimizə, gələcəyimiz olan gənclərin mənəviyyatına, əxlaqına ciddi mənfi təsir göstərməsindən, insanların bu xəstəlik nəticəsində həyatlarının məhv olmasından danışılıb, narkomaniya və psixotrop maddələrin yaratdığı problemlərdən və onun fəsadlarından geniş bəhs edilib.
Hər iki tədbirin sonunda sosial videoçarx izlənilib. Tədbirlərdə yeniyetmələrə layihə ilə bağlı maarifləndirici əyani vəsaitlər paylanılıb.
Qeyd edək ki, tədbirin əsas tərəfdaşları Gəncə şəhər Təhsil İdarəsi, Gəncə Regional Ombudsman Mərkəzi, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsi üzrə Regional şöbəsi və Gəncə şəhər Narkoloji Dispanserdir.

Sosial 2019-10-10 12:44:00