Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Türkmənistan, Qazaxıstan və Özbəkistan dövlət sərhədlərinə dair Sazişin ratifikasiya sənədlərini mübadilə ediblər

Aşqabad, 10 oktyabr, AZƏRTAC
Aşqabadda Müstəqil Dövlətlər Birliyi (MDB) Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində üçtərəfli görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Türkmənistan, Qazaxıstan və Özbəkistan nümayəndə heyətlərinin iştirak etdikləri görüşdə dövlət sərhədlərinin qovuşuğuna dair Sazişin ratifikasiya sənədlərinin mübadiləsi haqqında Protokol imzalanıb.
Sənədi müvafiq diplomatik qurumların rəhbərləri - Türkmənistandan Rəşid Meredov, Qazaxıstandan Muxtar Tleuberdi və Özbəkistandan Abdulaziz Kamilov imzalayıblar.

İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad

Dünya 2019-10-10 12:36:00