Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Yevlaxda törədilən qətl hadisəsi ilə bağlı cinayət işi başlanılıb

Bakı, 10 oktyabr, AZƏRTAC 

Yevlax rayonunun Havarlı kəndi ərazisindən kənd sakini Rasim Nazarovun kəsilmiş-deşilmiş xəsarətlə Mingəçevir şəhər xəstəxanasına gətirilməsi və orada ölməsi barədə Yevlax Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Qəsdən adam öldürməkdə şübhəli bilinən kənd sakini Y.Çuqay təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hadisə 2019-10-10 12:30:00