Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Qobustan qoruğu Avropada təbliğ olunur

Bakı, 10 oktyabr, AZƏRTAC

Portuqaliyanın UNESKO Dünya Mədəni İrs Siyahısına daxil edilmiş qayaüstü incəsənət abidəsi Foz Koa qoruğunun muzeyində Qobustan Milli Tarix-Bədii Qoruğuna həsr edilmiş sərgisinin açılış olub. Avropa Qayaüstü İncəsənət Günü ilə əlaqədar təşkil olunmuş “Avropanı qayaüstü incəsənətlə gəzək” (Crossing Europe with Rock Art) adlı sərgi hər iki qoruq arasında əməkdaşlıq çərçivəsində reallaşıb.
Bu barədə AZƏRTAC-a Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev məlumat verib.
Açılış mərasimdə Portuqaliyanın qayaüstü incəsənət mütəxəssisləri, arxeoloji qoruq və muzeylərin nümayəndələri ilə yanaşı, Foz Koa şəhərinin meri Gustavo Duarte də iştirak edib. G.Duarte iki qoruq arasında əməkdaşlığın həmçinin, iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə töhfə verdiyini və bu Qobustana aid sərginin Foz Koada əlamətdar hadisəyə çevrildiyini bildirib.
Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev qayaüstü incəsənət aləmi üçün belə əlamətdar bir gündə Qobustan sərgisinin açılışının təşkil olunmasının Foz Koa qoruğu ilə Qobustan qoruğu arasında əməkdaşlığın yüksək səviyyəsinin göstəricisi olduğunu vurğulayıb.
Sərgi ilə tanış olduqdan sonra Portuqaliyanın Fundao Arxeologiya muzeyinin direktoru Pedro Salvado Fundao muzeyində də Qobustan sərgisinin təşkil etmək arzusunu bildirib.
Xatırladaq ki, bu ilin iyul ayında Qobustanda Foz Koa qoruğuna həsr edilmiş sərgi açılıb və 10 gün ərzində 7000-dən çox ziyarətçi sərgi ilə tanış olub.
“Avropanı qayaüstü incəsənətlə gəzək” (Crossing Europe with Rock Art) sərgisinin nümayişi ilin sonunadək davam edəcək.

Mədəniyyət 2019-10-10 12:23:00