Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Türkiyə Silahlı Qüvvələri Suriyada iki kəndi terrorçulardan təmizləyib

İstanbul, 10 oktyabr, AZƏRTAC
Türkiyə Silahlı Qüvvələrinin qoşun birləşmələrinin Suriyada Fərat çayının şərqində başladığı “Sülh çeşməsi” (Barış Pınarı) antiterror əməliyyatı uğurla davam edir.
AZƏRTAC xəbər verir ki, son məlumata görə, hazırda Türkiyə Ordusu Tel Abyad şəhərinin şərqinə doğru hərəkət edir. Eyni zamanda, Resulayn şəhərinə gedən yol və iki kənd terrorçulardan təmizlənib.
Hazırda Türkiyənin Şanlıurfa şəhərinin Ceylanpınar bölgəsində atəş səsləri eşidilir.
Həmçinin dünən axşam saatlarında Türkiyənin Hatay şəhərindən Suriya istiqamətinə yola düşən hərbi konvoy İslahiye şəhərinə çatıb.

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2019-10-10 12:20:00