Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsi davam edir

Bakı, 10 oktyabr, AZƏRTAC

Oktyabrın 10-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi tərəfindən böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsinin seçim turu keçirilib.
AZƏRTAC xəbər verir ki, münsiflər heyəti tərəfindən şagirdlərin çıxışı 10 ballıq sistemlə qiymətləndirilib. İştirakçıların çıxışları əsərlərin mətni, ifadə tərzinin obrazlılığı, mətnlərin dərindən dərk edilməsinə görə dəyərləndirilib. Nailə Mustafayeva, Nisə Məmmədova, Dilavər Məmmədova, Aişə Bağırzadə, Fatimə Kazımlı və Fatimə Təhməzova fərqlənərək növbəti tura vəsiqə qazanıblar.
Müsabiqənin keçirilməsində məqsəd uşaqlar arasında mütaliənin təbliği, mütaliə-bilik dairəsinin genişləndirilməsi və vərdişlərinin inkişaf etdirilməsi, kitabxanalara ictimai marağın artırılması, istedadlı uşaqların aşkarlanmasıdır.

 

Mədəniyyət 2019-10-10 12:09:00