Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Birləşmiş Ştatlar gündəlik neft hasilatı rekord səviyyəyə yüksəlib

Bakı, 10 oktyabr, AZƏRTAC

ABŞ-ın sutkalıq xam neft istehsalı 12,6 milyon barrelə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın neft istehsalı əvvəlki həftə ilə müqayisədə 200 min barrel artaraq gündəlik 12,6 milyon barrel olub. Bu göstərici ölkə tarixində neft istehsalının ən yüksək səviyyəsidir. Birləşmiş Ştatların neft hasilatı sonuncu dəfə 1970-ci ilin noyabrında maksimum – gündəlik orta hesabla 10,04 milyon barrel təşkil edib.
ABŞ-ın sutkalıq neft istehsalı yanvarda orta hesabla 11,9 milyon barrel, fevralda 12 milyon barrel, martda 12,2 milyon barrel, apreldə 12,3 milyon barrel, mayda 12,4 milyon barrel, iyunda 12,2 milyon barrel, iyulda 12 milyon barrel, avqustda 12,3 milyon barrel, sentyabrda isə 12,4 milyon barrel olub.
EIA-nın proqnozuna görə, ABŞ-ın neft hasilatı bu il sutkalıq orta hesabla 12,26 milyon barrel, gələn il isə 13,17 milyon barrel təşkil edəcək.

Dünya 2019-10-10 11:59:00