×
A
A
A
Sazlamalar

Bakıda “SAP Energy” forumu keçirilib

Bakı, 10 oktyabr, AZƏRTAC

Oktyabrın 10-da “SOCAR Tower”də SOCAR və SAP şirkətlərinin birgə təşkilatçılığı ilə MDB ölkələrinin neft-qaz şirkətlərinin nümayəndələrinin iştirakı ilə “SAP Energy” forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə “Rosneft”, “LUKoil”, “Gazprom”, “Gazprom Neft”, “Transneft”, “Zarubejneft”, “SIBUR”, “TAIF”, “Salım Petroleum”, “KazMynayGaz”, “Belorusneft”, “MOL”, “OMV” və digər şirkətlərin nümayəndələri iştirak edib.
Forumun işində sahə ekspertlərinin və SAP-ın neft-qazın rəqəmsallaşdırılması haqqında hesabatları, rəqəmsal yatağın yaradılması təcrübəsi, “Star” neft emalı zavodu, SAPS/4HANA bazasında intellektual müəssisə, nəqliyyatın və xüsusi texnikanın idarə olunmasının avtomatlaşdırılması, ERP daxil edilməsinin akseleratoru qismində şirkət modeli, “Surqutnefteqaz” - daxili servis üçün “Process mining”ə dair məruzələr dinlənilib və müzakirələr aparılıb, mütəxəssislər rəqəmsal transformasiya sahəsində əldə etdikləri təcrübəni bölüşüb, yanacaq energetika kompleksinə daxil olan müəssisələrin innovativ layihələri müzakirə olunub.
Xatırladaq ki, 2008-ci ildən SOCAR-ın müəssisə və təşkilatlarında SAP-ın BRP sisteminin Fi, MM, SD, HR, FSCM (TRM komponenti), GRC (AC komponenti) modullarının, SAP sisteminin CO (kontrollinq), BPC (Büdcələşmə), BPC (konsolidasiya), GRC (RM komponenti), Opentext CS (Elektron sənəd dövriyyəsi), BW (Biznesin məlumatlar bazası) modulları, həmçinin sistemin istehsalat sahəsinə aid olan PP, PM,PS və QM modulları tətbiq edilir.
Hazırda 3500-dək elektron sənəd dövriyyəsi (ESD Opentext) və 3800-dək SAP modullarının istifadəçiləri olmaqla SAP BRP sisteminin və Opentext proqram kompleksinin tətbiqi SOCAR və onun bütün müəssisə və təşkilatlarını əhatə edib və ITRI tərəfindən dəstəklənməsi yerinə yetirilir.

Neft - qaz 2019-10-10 10:35:00