Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Qazaxıstan hökuməti İraqdan daha 14 uşağı geri qaytarmağı planlaşdırır

Nur-Sultan, 9 oktyabr, AZƏRTAC

Qazaxıstan hökuməti İraqın müharibə bölgələrindən vətəndaşlarının ölkələrinə qayıtması istiqamətində işləri davam etdirir.
AZƏRTAC xəbər verir ki, Qazaxıstan Xarici İşlər naziri Muxtar Tleuberdi İraqın həbsxanalarında anaları ömürlük cəza çəkən qazaxıstanlı uşaqların geri qaytarılacağını açıqlayıb. Onun sözlərinə görə, bu, Suriyadakı müharibə zonasında olan qazaxıstanlıların vətənlərinə qayıtmaq üçün bu ilin əvvəlindən həyata keçirilən “Jusan” əməliyyatının davamı olacaq. Qazaxıstan hakimiyyəti bu əməliyyat çərçivəsində üç aksiya keçirib.
Xatırladaq ki, 2019-cu ilin əvvəlində Qazaxıstan, döyüş bölgələrindən qayıdan insanların evində olmasını simvolizə edən “Jusan” adlı xüsusi bir əməliyyat keçirib. “Jusan” xüsusi əməliyyatı çərçivəsində reallaşan üç hərəkat nəticəsində 406 uşaq olmaqla 600 nəfər vətənə dönüb.


İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan 

Dünya 2019-10-10 03:01:00