Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Yoldaşlıq görüşü: Almaniya-Argentina oyunu heç-heçə başa çatıb

Bakı, 10 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

Oktyabrın 9-da futbol üzrə Almaniya və Argentina komandaları arasında beynəlxalq yoldaşlıq görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, görüş “Signal İduna Park” stadionunda reallaşıb.
Görüşdə meydan sahibləri 2:0 hesabı ilə öndə olsalar da, qonaqlar dönüş yaradaraq hesabı bərabərləşdirməyə nail olublar.
Görüş 2:2 hesabı ilə heç-heçə başa çatıb.
Almanların heyətində Serj Qnabri, Kai Havertz, argentinalıların heyətində isə Lukas Olario və Lukas Okampos fərqləniblər.
Xatırladaq ki, Bəhreyn və Azərbaycan milli komandaları arasında beynəlxalq yoldaşlıq oyununda millimiz 3:2 hesabı ilə qalib gəlib.

İdman 2019-10-10 01:58:00