Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Tokio 2020” Olimpiadasına velosiped üzrə sınaq yarışlarının qalibi adını İsveç təmsilçiləri qazanıblar

Bakı, 10 oktyabr, AZƏRTAC

Yaponiyanın Sidzuoka prefekturasında yerləşən İzu Mountain Bike şosesində “Tokio 2020” Yay Olimpiya Oyunlarına hazırlıq məqsədi ilə velosiped üsrə sınaq yarışları keçirilib.
AZƏRTAC Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəsmi saytına istinadla xəbər verir ki, Yarışlarda dünyanın 30 ölkəsindən 99 idmançı (51 kişi və 48 qadın) 4 km məsafəyə yürüş edib. Sınaq yarışlarının qalibi adını kişilər arasında olimpiya və dünya çempionu isveçli Nino Şurter qazanıb. Finişə 1:17,18 saniyəyə çatan idmançı Fransa təmsilçisi Viktor Koretsini 2 saniyə qabaqlayıb. İtaliya velosipedçisi isə qalibdən 10 saniyə geri qalaraq 3-cü yeri tutub.
Qadınlar arasında qalib adını qazanmaq N.Şurterin həmyerlisi, dünya çempionu Colanda Neffə qismət olub. İkinci yeri yenə də isveçli velosipedçi Sina Frey tutub. Niderlandlı Anna Terpstra isə üçüncü pillədə qərarlaşıb.
N.Şurter qələbəsi ilə bağlı deyib: “Tokio 2020 Olimpiadasına sınaq yarışlarının qalibi olmaqdan qürur duyuram. Düşünürəm ki, bu uğurum olimpiadada qalib olmaq üçün mənə stimul verəcək. Şose çox xoşuma gəldi”.
“Maraqlı və gərgin yarış oldu. Birinci olduğum üçün çox xoşbəxtəm. Yarış şosesi də ürəyimcə idi”, - deyə C.Neff qeyd edib.
Qeyd edək ki, Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunları avqustun 24-dən iyulun 9-dək keçiriləcək.

İdman 2019-10-10 02:19:00