Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

İtaliyada uşaqların üçdə biri artıq piylənmədən əziyyət çəkir

Roma, 10 oktyabr, AZƏRTAC
İtaliyada 6-9 yaş arası uşaqların üçdə biri piylənmədən əziyyət çəkir. Bu da Avropada ən yüksək göstəricidir.
AZƏRTAC xəbər verir ki, bu barədə İtaliyanın “Helpcode” qeyri-hökumət təşkilatı hesabat xarakterli məlumat yayıb.
Hesabatda artıq çəkinin qızlar ilə müqayisədə oğlanlar üçün daha böyük problem yaratdığını və ən ağır vəziyyətin ölkənin Kampaniya regionunda müşahidə olunduğu qeyd olunur. Bu bölgədə uşaqların 40 faizindən çoxu artıq çəkiyə sahib olmaqla piylənmədən əziyyət çəkir.

Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Dünya 2019-10-10 00:28:00