Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Bəhreyn millisi ilə oyunda Azərbaycan yığması hesabda önə çıxıb

Bakı, 9 oktyabr, AZƏRTAC
Futbol üzrə Bəhreyn və Azərbaycan milli komandaları arasında beynəlxalq yoldaşlıq oyunu davam edir.
AZƏRTAC xəbər verir ki, ikinci hissəyə daha fəal başlayan millimiz matçın 62-ci dəqiqəsində Təmkin Xəlilzadənin qolu ilə hesabda önə çıxıb. Beş dəqiqə sonra Ahmed Mubarak hesabı bərabərləşdirib. Matçın 70-ci dəqiqəsində Ramil Şeydayev komandamızın üçüncü topunu rəqib qapısından keçirib - 3:2.
Hazırda oyunun ikinci hissəsi davam edir.
Azərbaycan və Bəhreyn milliləri üçüncü dəfə üz-üzə gələcəklər. İlk dəfə 2008-ci il oktyabrın 15-də Manamada keçirilən matçda Azərbaycan yığması 2:1, 2012-ci il avqustun 15-də Bakıda oynanılan qarşılaşmada isə 3:0 hesabı ilə qalib gəlib.

İdman 2019-10-09 22:19:00