Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Bəhreyn-Azərbaycan beynəlxalq yoldaşlıq oyunu başlayıb

Bakı, 9 oktyabr, AZƏRTAC
Futbol üzrə Bəhreyn və Azərbaycan milli komandaları arasında beynəlxalq yoldaşlıq oyunu başlayıb.
AZƏRTAC xəbər verir ki, Bəhreyn Milli Stadionunda keçirilən oyunda Azərbaycan millisinin start heyətində Emil Balayev, Abbas Hüseynov, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Şəhriyar Rəhimov, Riçard Almeyda, Eddi İsrafilov, Emin Mahmudov, Ramil Şeydayev, Ağabala Ramazanov və Rüfət Dadaşov yer alıblar.
Bəhreyn yığmasının ilk on birliyində meydana Sayed Mohamed Jafar, Valeed Mohamed, Ahmed Mubarak, Mohamed Yusuf, Ali Jafar, Abdulvahab A.Rahman, İsmaeel Abdullatif, Abdulla Khaled, Mohamed Adel, Mahdi Faisal və Mohamed Abdulvahab çıxıblar.
Oyunu Omandan olan baş hakim Ahmed Abubaker Alkaf idarə edir. Ona həmyerliləri Abubaker Salem Alamri və Raşed Hamad Alghaithi kömək edirlər.
Azərbaycan və Bəhreyn milliləri üçüncü dəfə üz-üzə gələcəklər. İlk dəfə 2008-ci il oktyabrın 15-də Manamada keçirilən matçda Azərbaycan yığması 2:1, 2012-ci il avqustun 15-də Bakıda oynanılan qarşılaşmada isə 3:0 hesabı ilə qalib gəlib.

İdman 2019-10-09 20:13:00