Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Tvinninq layihəsi çərçivəsində seminar

Bakı, 9 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Təhsil Nazirliyi ilə Avropa Komissiyasının birgə həyata keçirdiyi “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” Tvinninq layihəsi çərçivəsində seminar təşkil olunub.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, seminarda çıxış edən tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov Tvinninq layihəsi barədə məlumat verib. O qeyd edib ki, əsas hədəf təhsilin keyfiyyətinin yüksəldilməsi, yüksəkixtisaslı pedaqoji kadrlar hazırlanması, ölkənin və regionun ən yaxşı universitetlərindən biri olmaqdır.
Sonra Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas şöbəsinin baş məsləhətçisi Azad Axundov və Tvinninq layihəsinin koordinatoru Yelizaveta Bıdanova çıxış ediblər.
Qeyd olunub ki, seminarın məqsədi iştirakçıların tədrisin müasir metodikası, təhsilalanların bilik və bacarıqlarının qiymətləndirilməsi haqqında məlumatlandırılmasıdır.
Seminarda Tvinninq layihəsinin eksperti Mara Jure təlimin nəticələrinin yazılması və qiymətləndirilməsinə dair təqdimatla çıxış edib.

Elm və təhsil 2019-10-09 20:05:00