Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Futbol üzrə Bəhreyn və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Bakı, 9 oktyabr, AZƏRTAC
Bakı vaxtı ilə saat 20:30-da futbol üzrə Bəhreyn və Azərbaycan milli komandaları arasında beynəlxalq yoldaşlıq oyununa start veriləcək.
AZƏRTAC xəbər verir ki, Bəhreyn Milli Stadionunda keçiriləcək oyun üçün komandaların start heyətləri açıqlanıb.
Millimizin start heyətində Emil Balayev, Abbas Hüseynov, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Şəhriyar Rəhimov, Riçard Almeyda, Eddi İsrafilov, Emin Mahmudov, Ramil Şeydayev, Ağabala Ramazanov və Rüfət Dadaşov yer alıblar.
Bəhreyn yığmasının ilk on birliyində meydana Sayed Mohamed Jafar, Valeed Mohamed, Ahmed Mubarak, Mohamed Yusuf, Ali Jafar, Abdulvahab A.Rahman, İsmaeel Abdullatif, Abdulla Khaled, Mohamed Adel, Mahdi Faisal və Mohamed Abdulvahab çıxacaqlar.
Azərbaycan və Bəhreyn milliləri üçüncü dəfə üz-üzə gələcəklər. İlk dəfə 2008-ci il oktyabrın 15-də Manamada keçirilən matçda Azərbaycan yığması 2:1, 2012-ci il avqustun 15-də Bakıda oynanılan qarşılaşmada isə 3:0 hesabı ilə qalib gəlib.

İdman 2019-10-09 20:00:00