Yunanıstan hökuməti qaçqınların yerləşdirilməsi üçün otel və mənzillər axtarır
Afina, 9 oktyabr, AZƏRTAC
Qaçqınların Yunanıstana axını hökuməti miqrantların yerləşdirilməsi ilə bağlı otel və kirayə evlərin müəyyənləşdirilməsi üçün müsabiqənin elan olunmasına məcbur edib.
AZƏRTAC xəbər verir ki, yeni layihə çərçivəsində adalarda olan qaçqınların yerləşdirmə problemini həll etmək üçün otel və mənzillər icarəyə götürüləcək. Artıq bu yolla bir neçə ailə köçürülüb. Ayın sonuna kimi 3 min nəfər adalardan köçəcək. Kirayə müddəti 6 ay olacaq və hər 6 aydan bir uzadılacaq.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina
“Air Serbia” aviaşirkəti İstanbula birbaşa uçuşları bərpa edib
ABŞ Senatı qondarma “erməni soyqırımı”nı tanıyan qətnamə layihəsini qəbul edib
Özbəkistan parlamenti Ali Məclisinə seçkilərlə əlaqədar vaxtından əvvəl səsvermə keçirilir
Donald Tramp: ABŞ və Çin ticarət sazişi imzalamağa çox yaxındırlar