Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Respublika Uşaq kitabxanasında xarici yazarlarla görüş olacaq

Bakı, 9 oktyabr, AZƏRTAC

Oktyabrın 10-da F.Köçərli adına Respublika Uşaq kitabxanasında “Bizi birləşdirən uşaqlara olan sevgidir” adlı görüş keçiriləcək.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə Beynəlxalq Uşaq Kitabı Şurasının Amerika bölməsinin üzvü Meqan Seyris və Böyük Britaniyanın tanınmış uşaq yazıçısı Cəmilə Geyvin iştirak edəcək.
Görüşdə yazarlar arasında fikir mübadiləsi aparılacaq, uşaq və yeniyetmələr üçün hansı mövzularda ədəbiyyatın yazılması ilə bağlı məsələlər müzakirə ediləcək.

Mədəniyyət 2019-10-09 19:10:00