Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Nazir müavini: Azərbaycanla Türkiyənin ticarət dövriyyəsinin 10-20 milyard dollara çatdırılması potensialı var

Bakı, 9 oktyabr, AZƏRTAC

Azərbaycanla Türkiyə arasındakı ticarət dövriyyəsinin həcminin 10-20 milyard dollara çatdırılması potensialı var.
AZƏRTAC xəbər verir ki, bu sözləri oktyabrın 9-da Bakıda jurnalistlərə müsahibəsində Türkiyənin Sənaye və Texnologiyalar nazirinin müavini Hasan Büyükdede deyib.
Nazir müavini bildirib ki, Azərbaycanla Türkiyənin ticarət dövriyyəsinin həcmi hazırda 3,5 milyard dollardır: “Bu göstəricinin 10-20 milyard dollara çatdırılması üçün birgə layihələrin davam etdiriləcəyinə ümidvaram”.

İqtisadiyyat 2019-10-09 19:07:00