Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Bakıda Əfqanıstan məhsullarının sərgisi keçiriləcək

Bakı, 9 oktyabr, AZƏRTAC

Oktyabrın 11-14-də Bakı Biznes Mərkəzində Azərbaycanın İqtisadiyyat, Əfqanıstanın Sənaye və Ticarət nazirliklərinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Əfqanıstan Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə Əfqanıstan məhsullarının sərgisi təşkil olunacaq.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sərgidə qida, tekstil, tikinti materialları istehsalı, inşaat və sair sahələrdə fəaliyyət göstərən 40-dan çox Əfqanıstan şirkəti öz məhsullarını təqdim edəcək.

Sərgilər 2019-10-09 18:49:00