Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Bolqarıstanda səhiyyə işçilərinin etiraz aksiyası keçirilib

Sofiya, 9 oktyabr, AZƏRTAC

Bolqarıstanın Səhiyyə İşçilərinin Həmkarlar İttifaqı etiraz aksiyası keçirib. Aksiya iştirakçıları əməkhaqqının qaldırılması və əmək şəraitinin yaxşılaşdırılmasını tələb edir. Tətil bir neçə şəhərdə keçirilib.
Qeyd edək ki, səhiyyə işçilərinin etiraz aksiyasının əvvəlki illərdə də keçirilməsinə baxmayaraq, əməkhaqları etirazçıların istədiyi səviyyədə artırılmayıb.


İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya

Dünya 2019-10-09 18:41:00