Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Binəqədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb

Bakı, 9 oktyabr, AZƏRTAC 

Paytaxtda ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Binəqədi rayonunun Xocasən qəsəbəsi ərazisində Cəbrayıl rayon sakini Faiq Atakişiyevin idarə etdiyi “VAZ-2106” və Tovuz rayon sakini V.Həsənovun idarə etdiyi “Mercedes” markalı yük avtomobilləri toqquşub. Nəticədə “VAZ-2106” markalı avtomobilin sürücüsü hadisə yerində ölüb.
Abşeron rayon sakini Xəqani Səfərov idarə etdiyi “BMW” markalı avtomobillə Yasamal rayonunun ərazisində, Tbilisi prospektində yolu keçən Biləsuvar rayon sakini Nadir Talıbovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində həlak olub.
Hər iki hadisə ilə bağlı araşdırma aparılır.

 

Hadisə 2019-10-09 18:39:00