Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Vladimir Zelenski oktyabrın 10-da bütün gün KİV-in suallarını cavablandıracaq

Bakı, 9 oktyabr, AZƏRTAC

Oktyabrın 10-da Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə press-marafon keçiriləcək və o, gün boyu jurnalistlərin suallarına cavab verəcək.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, dövlət başçısının mətbuat xidmətinin məlumatına əsasən, press-marafon yerli vaxtla saat 10:00-da başlayacaq.
KİV nümayəndələri, həmçinin “Kyiv Food Market” ərazisində təşkil olunan mətbuat mərkəzində işləyə biləcəklər. Orada tədbirin canlı yayımını izləmək imkanı yaradılacaq.
Press-marafon, eyni zamanda, prezident ofisinin sosial şəbəkələrdəki səhifələrindən də birbaşa yayımlanacaq.

 

Dünya 2019-10-09 18:38:00