Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Mərkəzi Elmi Kitabxana müəllif hüquqlarının qorunmasına dair müqavilələrin tətbiqini davam etdirir

Bakı, 9 oktyabr, AZƏRTAC 

Sentyabr ayı ərzində Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası (MEK) ilə müəlliflər arasında müəllif hüquqlarının qorunmasına dair 9 müqavilə imzalanıb. MEK Azərbaycan kitabxanaları arasında müəllif müqaviləsini tətbiq edən ilk kitabxanadır.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, müqavilə şərtlərinə əsasən, təqdim olunmuş elektron sənədlər MEK oxucularına köçümə imkanı verilmədən yalnız “oxu” rejimində təqdim olunur.
Xatırladaq ki, 2015-ci ildən indiyədək bu formatda 111 müqavilə imzalanıb.

Elm və təhsil 2019-10-09 18:31:00