Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

BOTŞ komandası motobol üzrə Bakı çempionatının qalibi olub

Bakı, 9 oktyabr, AZƏRTAC

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə “Ümid” avtomobil klubunun meydançasında motobol üzrə paytaxt çempionatı keçirilib.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, yarışda 24 idmançı iştirak edib.
Yekun nəticələrə əsasən BOTŞ komandası birinci olub. MİF yarışı ikinci, “Ümid” isə üçüncü pillədə başa vurublar.
Qaliblərə Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar təqdim edilib.

İdman 2019-10-09 17:59:00