Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Türkiyə Ordusu Suriya ərazisində antiterror əməliyyatına başlayıb

Ankara, 9 oktyabr, AZƏRTAC

Türkiyə Silahlı Qüvvələrinin bölmələri Suriya ərazisində - Fərat çayının şərqində antiterror əməliyyatına başlayıb.
AZƏRTAC xəbər verir ki, PKK/YPG və İŞİD terror təşkilatlarına qarşı həyata keçirilən əməliyyata “Barış pınarı” (Sülh çeşməsi) adı verilib.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2019-10-09 17:32:00