Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Göyçayda evdən külli miqdarda pul oğurlanıb VİDEO

Bakı, 9 oktyabr, AZƏRTAC 

Göyçay Rayon Polis Şöbəsinə rayon ərazisindəki evlərin birindən 4900 ABŞ dollarının oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, müvafiq araşdırmalar aparılıb.
Oğurluğu törətməkdə şübhəli bilinən Çaxırlı kənd sakini Elməddin Vahidov keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
E.Vahidov törətdiyi cinayət əməlini etiraf edib və oğurladığı pulu əyləncə məqsədilə xərclədiyini bildirib.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Hadisə 2019-10-09 17:44:00

Video