Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Killian Mbappe İslandiya və Türkiyə ilə oyunları buraxacaq

Bakı, 9 oktyabr, AZƏRTAC
“Paris Sen-Jermen” futbol klubunun hücumçusu Killian Mbappe Fransa millisinin heyətinə daxil edilməyib.
AZƏRTAC Fransa Futbol Federasiyasına istinadla xəbər verir ki, buna hücumçunun zədəsini tam sağalda bilməməsi səbəb olub.
İyirmi yaşlı hücumçu “Avro 2020”nin seçmə mərhələsi çərçivəsində oktyabrın 11-də İslandiya, oktyabrın 14-də isə Türkiyə ilə matçları buraxacaq.
Xatırladaq ki, K.Mbappe Fransa çempionatının üçüncü turunda “Tuluza” ilə oyunun 66-cı dəqiqəsində zədələnib.

İdman 2019-10-09 17:30:00