×
A
A
A
Sazlamalar

Respublika Narkoloji Mərkəzində UNAIDS-in Şərqi Avropa və Mərkəzi Asiya üzrə xüsusi məsləhətçisi ilə görüş keçirilib

Bakı, 9 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində (RNM) BMT-nin İİV/QİÇS üzrə Birgə Proqramının (UNAIDS) Şərqi Avropa və Mərkəzi Asiya üzrə xüsusi məsləhətçisi Mişel Kazaçkin ilə görüş keçirilib.
Səhiyyə Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə RNM-in direktoru Araz Manuçehri-Lalen ölkəmizdə narkomaniyaya qarşı aparılan işlərdən məlumat verib.
Görüşdə professor Mişel Kazaçkin qeyd edib ki, BMT-də narkotik qəbul edən şəxslərin cinayətkar olmaması üzrə ümumi mövqe qəbul edən 31 təşkilat var: “BMT-nin sosial istiqamətlərini araşdıran institutları cəmiyyətdə narkotikdən istifadəyə görə nəzərdə tutulmuş cəzaların dekriminallaşdırılması üzrə vahid mövqe tuturlar”.
Tədbirdə insanların narkotik istifadə etmələrinə görə cinayət məsuliyyətinə cəlb olunmamaları təcrübəsinin mövcudluğu cəmiyyətdə narkotiklərə olan meyilliliyin azalmasına gətirib çıxaran başlıca amil olduğu bildirilib. Azərbaycanda qeydiyyatda olan narkomanların Metadonla müalicə proqramına cəlb edilmələrinin çox səmərəli üsul olması da diqqətə çatdırılıb.
Sonda əlaqələrin daha sıx inkişaf etdirilməsi üçün bu kimi görüşlərin tez-tez keçirilməsinin vacibliyi vurğulanıb.

Səhiyyə 2019-10-09 17:31:00